“Neçə yerə müraciət etmişəm, amma heç bir yerdən müsbət geridönüş ala bilmirəm!” cümləsini müasir dövrdə bir çox insandan eşidirik. Bəs nəyə görə bu insanlar müsbət geridönüşlər almırlar?
Bu sualın cavabı çox sadədir, hər şeyin səbəbi yanlış CV-nin tərtib olunmasıdır. Artıq burda “hə, yaxşı bəs biz bu doğru CV-ni necə düzəldə bilərik?” sualını verdiyinizi eşidirəm. Buna görə də, mən bu blogumda sizə uğurlu CV-nin düzəldilmə metodlarından danışacam.
Əvvəla istəyərdim sizə biraz CV haqda məlumat verim. CV (Curriculum Vitae) latın dilindən tərcümə edildikdə tərcümeyi-hal deməkdir. Daha ətraflı desək, bir işə düzəlməyə çalışarkən işəgötürənə göndərdiyiniz təhsil, ixtisas, əvvəlki iş yerləriniz və bəzən şəxsi maraqlarınız barədə qısa yazılı təsvir. Yəni qısaca HR-ın qəlbinə gedən yoldur.
Uğurlu CV-yə sahib olmanın 5 metodu!
CV düzəldən zaman bir çox insanın çaş-baş qaldığı məqmlardan biridir. Həmişə bu məqamlarda insanlarda suallar yaranır: “CV-də ən əsas nəyi qeyd edim? Ardıcıllıq necə olsun? Əvvəla təhsil yoxsa iş təcrübəsi?” Bütün bu suallara cavabı və daha çoxunu bu blogda tapacaqsınız ) Odur ki oxumağa dəvam edin. İndi qayıdaq əsas məsələyə, professional CV-lərdə əsasən qeyd etməli olduğumuz məqamlar və ardıcıllıqları belə olmalıdır:
I. Ad, soyad, vəzifə və şəkil. Adətən bu məlumatlar CV-nin yuxarı hissəsində qeyd olunmalıdır. CV üçün uyğun şəkil nümunələri və diqqət edilməsi lazım olan məqamları diğər bəndlərdə ətraflı qeyd edəcəm.
II. Əlaqə məlumatları. Adətən CV-nin yuxarı hissəsində qeyd olunur. Burda əsas qeyd etməli olduğumuz əlaqə vasitələri telefon nömrəmiz, mail ünvanımızdır. Lakin istəyə bağlı olaraqda bəzi insanlar Linkedin və facebook kimi sosial şəbəkələrini də qeyd edə bilərlər.
III. Şəxsi profil. CV-nin digər, əsas, vacib hissələrindən biri də şəxsi profil hissəsidir. Əsasən bu hissə birinci bölmənin tam altında yerləşir və HR-lara sizin haqqınızda ümumi məlumat vermək üçün CV-də qeyd olunur. Bir növ bütün CV-nin qısa “summary”-si. Qısa summary olduğu üçün bu yer çox böyük əhəmiyyət kəsb edir, çünkü burda ki qeyd edəcəyiniz məlumata görə HR CV-nizi axıra qədər oxuyub, oumamağa qərar verir.
IV. Professional səriştə və bacarıqlarınız. Bu yerdə əsasən müraciət etdiyiniz vakansiyaya uyğun olan səriştələrini qeyd etməyiniz daha uyğundur. Buranı daha uğurlu doldurmaq üçün isə müraciət etdiyiniz vakansiya haqda araşdırma etməyiniz çox faydalı olacaq. Məsələn internetdə eyni vakansiyanın bir neçə şirkət tərəfindən verilmiş elanlarına nəzər yetirərək, sizin müraciət etdiyiniz vəzifə üzrə əsas lazım olan səriştələri öyrənib, özünüzdə daha da inkişaf etdirib CV-nizdə qeyd edəbilərsiniz.
V. Təhsiliniz haqda məlumat. Bu hissədə orta, ali, magistratura, doktorantura dərəcələriniz haqda məlumat verməlisiniz(təhsil aldığınız illər, ixtisasınız, GPA, nəaliyyətləriniz).
VI. İş təcrübəniz. Bu hissədə müraciət etdiyiniz vakansiya ilə əlaqəli keçmiş iş təcrübələrinizi qeyd edəbilərsiniz. Quruluş isə: Şirkət – vəzifə - fəaliyyət illəri – iş məsuliyyətinizin nədən ibarət olduğu. Xüsusəndə keçmiş təcrübələrinizdə hansı işlər ilə məşğul olduğunuzu qeyd etmək çox vacibdir. Bu məqam köməkliyi ilə HR-ın ağlında sizin sahib olduğunuz bacarıqlar haqda daha dolğun fikir formalaşır.
VII. Sertifikat və nailiyyətləriniz. Bu hissədə sadəcə müraciət etdiyiniz vakansiya ilə əlaqəli olan sertifikatları yerləşdirin! Hətda sahəniz ilə bağlı olan ödənişli kurslardan sertifikatlarınız çoxluq təşkil edirsə, bu zaman onlar için ayrı bir portfolio yaradıb, CV ilə bərabər HR-a yönləndirəbilərsiniz. Bunu etdiyiniz təqdirdə, qarşı tərəfə öz inkişafınıza nəqədər investisiya etdiyinizi nümayiş etdirirsiniz.
VIII. Dil və kompüter bilikləri. Biliklərimizi ən yaxşıdan daha az bildiyinizə doğru sıralamağınız daha məsləhətlidir. Səviyyə olaraq isə, aşağıda qeyd etdiyim səviyyələr üzrə biliklərinizi sıralamağınız vacibdir:
Bunun ilə yanaşı müasir dövrdə bu biliklər üzrə səviyələrinizi yazılı formada təqdim etmək yerinə müxtəlif növ qrafiklərdən istifadə edərək edəbilərsiniz 5.
Düzgün Şəkil
Bu hissə ən vacib məqamlardan biridir! Müasir dövrdə bir çox insanın səhvə yol verdiyi hissə bu hissədir. Bu məqamda sizə bir neçə məsləhətim olacaq. Ən birinci məsləhət isə, selfie ilə bağlıdır. CV-nizin şəkil hissəsində selfie istifadə etmək olmaz! Bu çox qarşı tərəfdə qeyri-professional təəssürat yaradır. Şəklinizi fonu düz, tək rəng olan bir hissədə çəkin. Çiyninizdən yuxarı şəkil olmasına diqqət yetirin və şəkildə üzünüzdə kiçik bir təbəssüm olması daha uyğundur. CV-nin göndərilmə qaydaları və əlavə məsləhətlər!