news_page

5 Dekabr – Beynəlxalq Könüllülər Günü

5 Dekabr – Beynəlxalq Könüllülər Günü
  • 10 Dec 2025

Bakı Avrasiya Universiteti olaraq bütün könüllülərimizi səmimiyyətlə təbrik edirik!

Universitetimizin müxtəlif layihə, tədbir və sosial fəaliyyətlərində könüllü dəstək göstərən tələbələrimiz, həm təhsil mühitinə, həm də ictimai həyata verdikləri töhfə ilə əsl nümunə göstərirlər.

Onların təşəbbüskarlığı, məsuliyyəti və sosial fəaliyyətə olan marağı universitetimizin inkişafına dəyər qatır, həyata keçirilən bütün layihələrə dinamizm və kreativlik gətirir.

Gələcəyin peşəkar kadrları kimi göstərdikləri nümunə, həm universitetimiz, həm də cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır.

Bu gün münasibətilə bütün könüllülərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır və universitetə verdikləri dəyərli töhfələrə görə təşəkkür edirik!

 BAAU Könüllüləri – Gələcəyin İnsan Kapitalı! 

5 Dekabr – Beynəlxalq Könüllülər Günü

more_news