news_page

BAAU-da ADY-nin “Kitab dayanacağı” sosial layihəsi təqdim olunub.

BAAU-da ADY-nin “Kitab dayanacağı” sosial layihəsi təqdim olunub.
  • 22 Oct 2026

Bakı Avrasiya Universitetində (BAAU) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) nümayəndələri ilə görüş keçirilib. Görüş çərçivəsində ADY-nin “Kitab dayanacağı” sosial layihəsi təqdim edilib.

Tədbirdə BAAU-nun Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov və karyera məsləhətçisi Aydan Xankişiyeva, ADY-nin Departament rəisinin müavini Fidan Məmmədova və aparıcı mütəxəssisi Mələknisə Cəfərova, iştirak ediblər.

Görüşdə ADY nümayəndələri layihənin məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Qeyd olunub ki, təşəbbüs sərnişinləri gözləmə və səfər vaxtlarını mütaliəyə ayırmağa təşviq etməyi hədəfləyir.

Layihə çərçivəsində Bakı, Gəncə və Sumqayıt dəmiryol vağzallarında sərnişinlər ödənişsiz kitab əldə edə, eyni zamanda öz kitablarını bağışlaya bilərlər.

Görüşün davamında qonaqlar universitetin tədris mühiti və kitabxanası ilə tanış olublar.

Tədbirin sonunda BAAU tərəfindən “Kitab dayanacağı” layihəsinə dəstək və xatirə əlaməti olaraq ADY nümayəndələrinə kitablar hədiyyə edilib.

more_news