- 28 Sep 2026
Karyera addımınızı vaxtında atın!
Universiteti bitirməyə az qalıbsa, “Görəsən işi haradan və necə tapım?” sualı sizi də düşündürür? Odur ki, bu seminarı qaçırmayın!
Bakı Avrasiya Universitetinin (BAAU) 4-cü kurs tələbələri üçün xüsusi olaraq təşkil olunan seminarımızda iş axtarışının sirləri müzakirə olunacaq.
Qonağımız: Qələmnaz Quliyeva (DMA-nın əməkdaşı)
Saat: 13:40
Kimlər üçündür: 4-cü kurs tələbələri
Seminarda iş elanlarını necə düzgün izləmək, CV-ni necə yazmaq və müsahibələrə necə hazırlaşmaq lazımdır - hamısı haqqında ətraflı məlumat alacaqsınız.
Gəlin, gələcəyinizi birlikdə formalaşdıraq!




