- 02 Mar 2026
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşəbbüsü ilə icra edilmiş “II - Könüllü Təcrübə Proqramı”nın yekununa həsr edilmiş tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən rektor, dos. Səyavuş Qasımov proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, Könüllü Təcrübə Proqramı tələbələrin akademik biliklərini praktik mühitdə tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və əmək bazarına daha hazırlıqlı daxil olmalarına mühüm töhfə verir. Rektor qeyd edib ki, tələbəyönümlü təşəbbüslərin həyata keçirilməsi universitetin prioritet istiqamətlərindən biridir.
Daha sonra proqram iştirakçıları çıxış edərək təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, komanda işi, məsuliyyət və təşkilati vərdişlərin inkişafı barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, sözügedən proqram onların həm şəxsi inkişaflarına, həm də peşəkar dünyagörüşlərinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Tədbirin sonunda “II - Könüllü Təcrübə Proqramını” uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




