news_page

“Peşəkar Karyera” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

“Peşəkar Karyera” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
  • 21 Oct 2026

Bakı Avrasiya Universitetində tələbələrin peşəkar inkişafının dəstəklənməsi və əmək bazarına hazırlığının gücləndirilməsi məqsədilə həyata keçirilən “Peşəkar Karyera” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.

”Problem Həll etmə 101: Tələbəlikdən Peşəkar Həyata Keçid” mövzusuna həsr olunan təlimdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təhlil və Tədqiqatlar şöbəsinin müdiri Əli Qafarov tələbələrlə görüşüb.

Təlim zamanı tələbəlik həyatından peşəkar fəaliyyətə keçid mərhələsinin xüsusiyyətləri, iş həyatında qarşıya çıxan problemlərin həlli yolları və müasir əmək bazarında tələb olunan bacarıqlar barədə məlumat verilib.

İnteraktiv müzakirə formatında keçirilən görüş tələbələrin peşəkar həyata hazırlığının artırılması, onların analitik düşünmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.

Bakı Avrasiya Universitetində həyata keçirilən “Peşəkar Karyera” layihəsi tələbələrin əmək bazarına inteqrasiyasına, karyera imkanları barədə məlumatlılığının artırılmasına və peşəkar bacarıqlarının inkişafına xidmət edir.

more_news