- 02 Mar 2026
20 fevral tarixində, saat 12:00-da Bakı Avrasiya Universiteti-də “Müasir dövrdə Red, Blue və White Team modellərinin rolu və tətbiqi” mövzusunda seminar təşkil olunacaq. Tədbirdə kibertəhlükəsizlik sahəsində hücum, müdafiə və strateji nəzarət modellərinin real iş mühitində tətbiqi müzakirə ediləcək.
Tədbirin spikerləri kibertəhlükəsizlik sahəsində praktiki və strateji təcrübəyə malik mütəxəssislərdir:
Zaur Qasımov (@zaur.qasim0v )– MilliSec-in təsisçisi və direktoru, pentester. O, müxtəlif penetrasiya testləri layihələrində iştirak etmiş, eyni zamanda kibertəhlükəsizlik üzrə təlim proqramlarının formalaşdırılmasına rəhbərlik etmişdir.
Fəxrim Səfərov – MilliSec-də Təlim üzrə direktor və Blue Team üzrə təlimçi. O, İT və kibertəhlükəsizlik sahəsində 6 ilə yaxın təcrübəyə malikdir.
Kənan İsmayılov – Rabitabank-da Lead GRC Specialist, eyni zamanda Capital Partners Investment Company-də İnformasiya Təhlükəsizliyi üzrə bölmə rəhbəridir.
Qeyd edək ki, MilliSec ilə Bakı Avrasiya Universiteti arasında mövcud memorandum çərçivəsində keçirilən bu seminar universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə, tələbələrin nəzəri biliklərinin real iş mühitinə transferinə xidmət edir.
Tədbir kibertəhlükəsizlik sahəsinə marağı olan tələbələr, gənc mütəxəssislər və informasiya təhlükəsizliyi üzrə biliklərini dərinləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Tarix: 20 fevral
Saat: 12:00
Məkan: Bakı Avrasiya Universiteti




