- 07 Oct 2026
Karyera Naviqatoru | Filoloqun Karyerası
Filologiya oxuyan tələbə üçün söz sadəcə ünsiyyət vasitəsi deyil. Düzgün seçilmiş söz, ifadə olunan fikir və qurulan ünsiyyət gələcək karyeranın güclü alətinə çevrilə bilər.
Bəs sözün gücündən necə istifadə etmək olar?
Bu sualın cavabını növbəti görüşümüzdə Səbinə Məlikzadə ilə birlikdə axtaracağıq.
Böyük Britaniya universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəsi, təlimçi və təsisçi olan Səbinə Məlikzadə uzun illərdir beynəlxalq təhsil, tələbə konsultasiyası, peşəkar networking və şəxsi inkişaf istiqamətlərində fəaliyyət göstərir.
Görüşün mövzusu:
“Sözün arxasındakı güc: Düşün, Yarat, İfadə et!”
Görüş zamanı:
düşüncə ilə söz arasındakı əlaqədən;
özünü düzgün və özünəinamlı ifadə etməkdən;
insanları dinləmək və anlamaqdan;
etibar yaratmaqdan;
inandırma və satış dilindən;
liderlik və çətin söhbətləri idarə etməkdən;
sözün şəxsi və biznes inkişafında necə gücə çevrilməsindən danışılacaq.
Eyni zamanda tələbələr xarici dil biliklərindən istifadə edərək beynəlxalq təhsil imkanlarına çıxış, xaricdə təhsil və peşəkar əlaqələr qurmaq barədə praktiki məlumatlar əldə edəcəklər.
Çünki karyerada yalnız nə bildiyiniz deyil, bildiklərinizi necə ifadə etdiyiniz də önəmlidir.
“Karyera Naviqatoru - Filoloqun Karyerası” çərçivəsində sizi daha bir praktik və ilhamverici görüş gözləyir.
Sözünüzü yalnız danışmaq üçün deyil, təsir yaratmaq üçün istifadə etməyi öyrənin.




