news_page

BAAU-da “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib

BAAU-da “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib
  • 11 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Kayera və Təlim Mərkəzi ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə təşkilatçılığı ilə tələbələr üçün “Etik davranış qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimin əsas məqsədi gənclərdə etik davranış mədəniyyətinin formalaşdırılması, sosial mühitdə professional münasibətlərin düzgün qurulması və peşəkar fəaliyyət zamanı etik normalara əməl olunması barədə bilik və bacarıqların artırılması olub.

 Təlimdə Milli Observatoriyanın tərəfdaş qurumlarından olan DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin şöbə müdiri Tamerlan Turabov spiker qismində çıxış edərək etik davranışın əsas prinsipləri, ictimai və iş mühitində peşəkar kommunikasiya qaydaları, qarşılıqlı hörmət mədəniyyəti, həmçinin etik pozuntuların sosial nəticələri barədə iştirakçılara ətraflı məlumat verib.

Təlim zamanı tələbələr mövzu ilə bağlı spikerə suallar ünvanlayıb, praktiki situasiyalar ətrafında müzakirələr aparıblar.

Təlim iştirakçıların etik davranışla bağlı nəzəri və praktiki yanaşmalarının inkişafına mühüm töhfə verib.

more_news