- 11 Dec 2025
Karyera yoluna yeni addım atan və ya mövcud bacarıqlarını gücləndirmək istəyən tələbələr üçün möhtəşəm fürsət!
Sizi real iş təcrübəsinə əsaslanan, müasir əmək bazarında uğur qazanmağın sirlərini əhatə edən praktiki seminara dəvət edirik.
Seminarın təlimçisi Vüsal Sultanlı olacaq. O, 12 ildən artıq satış və təlimçilik təcrübəsinə malikdir. 2016-cı ildən etibarən Venta Academy, Megastore MMC, ANC Group (Rahat marketlər şəbəkəsi) kimi müəssisələrdə təlimçi kimi çalışmış, hal-hazırda isə ANC GROUP MMC-də Təlim və Tədris şöbə müdiri və SUCCESS CENTRE MMC-də direktor vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda Dövlət Məşğulluq Agentliyi ilə kadr hazırlanması üzrə əməkdaşlıq etmiş, yüzlərlə əməkdaşa satış, xidmət, ünsiyyət bacarıqları üzrə təlimlər keçmişdir.
Məkan: Bakı Avrasiya Universiteti – Konfrans zalı
Tarix: 10 dekabr
Saat: 10:30




