- 02 Mar 2026
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə tələbələrin kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Natiqlik sənəti” mövzusunda maarifləndirici seminar təşkil olunub.
BAAU-da keçirilən seminarın qonaq spikeri “ÜTÜ QRUP” MMC-nin təsisçisi və direktoru Zaur Cahangirov olub. Qonaq spiker, eyni zamanda, “Qırmızı Ayaqqabı”, “Natiq əmi ÜTÜləyir” və “Düşünmək adlı dünya” kitablarının müəllifidir.
Seminar zamanı effektiv ünsiyyətin əsas prinsipləri, auditoriya qarşısında çıxış bacarıqları, nitqin strukturlaşdırılması, bədən dili və intonasiyanın kommunikasiya prosesində rolu ilə bağlı elmi və praktiki məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Seminar interaktiv formatda təşkil olunub, mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və praktik tövsiyələr verilib. Tədbir tələbələrin şəxsi inkişafına, eləcə də gələcək peşə fəaliyyətlərində ünsiyyət bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə kimi dəyərləndirilib.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib.




