news_page

BAAU-da “XAN Nəşriyyatı”nın kitab sərgisi və yazıçı Xəyalə Muradla görüş keçirilib

BAAU-da “XAN Nəşriyyatı”nın kitab sərgisi və yazıçı Xəyalə Muradla görüş keçirilib
  • 02 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) tələbələrin mütaliə vərdişlərinin inkişafı, ədəbi proseslərə marağın artırılması və humanitar mühitin daha da zənginləşdirilməsi məqsədilə həyata keçirilən “KitabLab” layihəsinin növbəti - VI tədbiri keçirilib.

 Sözügedən layihə çərçivəsində “XAN Nəşriyyatı”nın kitab sərgisi təşkil olunub. Sərgi ziyarətçilərə klassik və müasir ədəbiyyat nümunələri, elmi-populyar nəşrlər və müxtəlif janrlarda hazırlanmış kitablarla tanış olmaq, həmçinin onları əldə etmək imkanı yaradıb. Tələbələr nəşriyyat nümayəndələri ilə birbaşa ünsiyyət quraraq yeni nəşrlər barədə ətraflı məlumat alıb və oxu mədəniyyəti ilə bağlı diskussiyalarda iştirak ediblər. İki gün davam edən sərgi tələbələrin böyük marağına səbəb olub.

 Layihə çərçivəsində BAAU-da tanınmış yazıçı və ədəbiyyat araşdırmaçısı Xəyalə Muradla da görüş və imza günü təşkil olunub. Səmimi və interaktiv formatda keçirilən görüşdə müəllif öz yaradıcılığı, əsərlərinin mövzuları, müasir nəsrdə müşahidə olunan tendensiyalar və yazı prosesinin özünəməxsusluqları barədə iştirakçılarla fikir mübadiləsi aparıb.

Sonda Xəyalə Murad oxucular üçün kitablarını imzalayıb və iştirakçılarla xatirə şəkilləri çəkdirib.

more_news