news_page

“BAAU’lu tələbə” rubrikası çərçivəsində növbəti aktiv tələbəmizi – Afiq Şeydayevi sizə tanıdırıq.

“BAAU’lu tələbə” rubrikası çərçivəsində növbəti aktiv tələbəmizi – Afiq Şeydayevi sizə tanıdırıq.
  • 25 Nov 2025

Bakı Avrasiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin IV kurs tələbəsi olan Afiq Şeydayev, akademik və peşəkar fəaliyyətində fərqlənən tələbələrimizdən biridir. Erasmus+ proqramı ilə bir il xaricdə təhsil almış və iki diplomla məzun olmağa hazırlaşan Afiq, eyni zamanda Avropada təqaüdlə təhsil təcrübəsi də qazanmışdır.

O, Dövlət Gömrük Komitəsində 6 aylıq staj keçmiş, əməliyyat-istintaq idarəsində fəaliyyət göstərmiş və Bakı Baş Gömrük İdarəsində könüllülərin rəhbəri olmuşdur. Həmçinin, Gənclərin İnkişaf və Karyera Mərkəzində 2 il boyunca müxtəlif layihələrdə aktiv iştirak etmişdir.

O, həmçinin idman və intellektual yarışlarda bir çox diplom və sertifikatlara sahibdir.

Biz Afiqin uğurlarını qürurla paylaşırıq və onun gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inanırıq! 

more_news