news_page

BAAU tərəfindən “Yol seçimi: həyat qərarından başlayır” mövzusunda seminar keçirilib

BAAU tərəfindən “Yol seçimi: həyat qərarından başlayır” mövzusunda seminar keçirilib
  • 02 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin təşəbbüsü ilə M.X. Axundzadə adına 102 nömrəli tam orta məktəbdə “Yol seçimi: həyat qərarından başlayır” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Seminar Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilovun təqdimatında keçirilib.

Seminarın təşkilinin əsas məqsədi şagirdlərin düzgün ixtisas və peşə seçiminə istiqamət vermək, onların fərdi maraq və qabiliyyətlərinə uyğun qərar qəbul etmələrinə, eləcə də gələcək karyera planlamasında daha doğru addımlar atmalarına dəstək göstərmək olub.

 Seminar zamanı Natiq Xəlilov peşə və ixtisas seçiminin insan həyatındakı rolu, fərdi bacarıqların və maraqların müəyyənləşdirilməsi, əmək bazarının tələblərinə uyğun qərar verməyin vacibliyi barədə ətraflı məlumat verib. O, həmçinin BAAU-da tələbələrin karyera yönümlü fəaliyyəti, təlim və inkişaf imkanları barədə də danışıb.

Seminar interaktiv müzakirə və sual-cavab sessiyası ilə davam edib. Şagirdlər mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayaraq, gələcək peşə seçimlərinə dair faydalı bilgilər əldə ediblər.

more_news