news_page

Bakı Avrasiya Universiteti ilə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq müzakirələri aparıldı.

Bakı Avrasiya Universiteti ilə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi arasında əməkdaşlıq müzakirələri aparıldı.
  • 25 Nov 2025

Bakı Avrasiya Universitetində tələbələrin peşəkar inkişafı və sosial sahədə praktiki bacarıqlarının artırılması istiqamətində növbəti əməkdaşlıq addımı atıldı.

Universitetin Karyera və Təlim Mərkəzinin təşəbbüsü ilə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi ilə görüş keçirildi. Görüşdə tələbələrin sosial və psixoloji inkişafına yönəlmiş bir sıra əməkdaşlıq imkanları müzakirə olundu.

Əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlər üzrə fəaliyyətlərin icrası nəzərdə tutulur:

- Tələbələrin mübadiləsi və könüllü fəaliyyətlərdə iştirakı;

- Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin İB-də təcrübə keçməsi;

- Ortaq seminar və tədbirlərin təşkili;

- Maarifləndirici layihələrdə tələbələrin fəal iştirakı.

Tərəflər həmçinin yaxın gələcəkdə əməkdaşlığın daha dayanıqlı şəkildə davam etdirilməsi üçün memorandum imzalanmasına dair razılığa gəliblər.

Bu əməkdaşlıq tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməyib, real iş mühitində təcrübə qazanmasına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

more_news