- 10 Dec 2025
Universitetimizdə tələbələrin psixoloji rifahına xüsusi önəm verilir və psixoloqumuz Nüşabə Əliyeva bu istiqamətdə ardıcıl və peşəkar fəaliyyətini davam etdirir.
Onun ümumi fəaliyyət istiqamətləri:
- Fərdi Psixoloji Seanslar
- Qrup Terapiyaları və Psixoloji Treninq Sessiyaları
- Maarifləndirici Seminar və Təlimlər
- Risk Qrupları ilə İş
- Universitet daxilində psixoloji mühitin yaxşılaşdırılması
Psixoloqumuzun məqsədi:
Tələbələrin daha sağlam, balanslı, özünəinamlı və psixoloji cəhətdən güclü bir şəkildə inkişafına dəstək olmaq.
Psixoloqa müraciət etmək — özünə göstərdiyin qayğının ən parlaq nümunəsidir.
Dəstəyə ehtiyac duyursansa, danışmaq istəyirsənsə və ya sadəcə özünü anlamaq üçün yön axtarırsansa – qapımız hər zaman açıqdır.
Bakı Avrasiya Universiteti – Psixoloji Xidmət (5-ci mərtəbə)
Özünü yaxşı hiss etmək sənin haqqındır.




