- 02 Dec 2025
Sevinc Əliyeva – 10 ildən artıq beynəlxalq təcrübəyə sahib, “Uşaqlarla SOSial İş” proqramının qurucusu, sosial işçi, təlimçi və uşaq müdafiəsi üzrə mütəxəssis – BAAU tələbələri ilə görüşə gəlir!
Sevinc xanım Türkiyə, Polşa və Azərbaycanda uşaqlar, gənclər və ailələrlə sosial iş üzrə çalışmış, ölkədə bu sahədə ilk praktiki təlim proqramının müəllifi olmuşdur. Zorakılıqla mübarizə, uşaq müdafiəsi, psixososial dəstək və davranış müdaxiləsi kimi aktual mövzularda real təcrübələrini tələbələrlə bölüşəcək.
Mövzu: Sosial İş – Çatışmayan Halqa
Tarix: 28 Noyabr
Saat: 15:10
Məkan: BAAU Konfrans zalı
Bu görüş, Sosial İş ixtisasında təhsil alan tələbələr üçün həm ilham mənbəyi, həm də karyera inkişafı baxımından böyük fürsətdir.
Seminar yalnız bilik deyil, həm də gələcək peşəkar yol xəritəsi təqdim edəcək!
Gəlin, suallarımızla, maraq və təşəbbüslərimizlə bu görüşü daha da dəyərli edək!




