- 02 Dec 2025
28 noyabr tarixində “Sosial İş: Çatışmayan Halqa” mövzusunda keçirilən seminarın spikeri — 10 ildən artıq beynəlxalq təcrübəyə malik sosial işçi, təlimçi və Sosial İnkişaf Platformasının təsisçisi Sevinc Əliyeva oldu. Hal-hazırda Polşada sosial işçi kimi fəaliyyət göstərən Sevinc xanım tələbələrlə videobağlantı vasitəsilə birbaşa live formada görüşdü.
Görüşün ən önəmli mesajı:
“Sosial iş yalnız bilik deyil – məsuliyyət, empatiya və insan taleyinə toxuna bilməkdir.”
Təşəkkürlər, Sevinc xanım!
Tələbələrimiz üçün açdığınız yeni perspektivlər və real təcrübəyə dayalı töhfələr üçün minnətdarıq.




