- 22 Dec 2023
Bakı Avrasiya Universitetində "Təcrübə - Soft skills (Yumşaq bacarıqlar) çərçivəsində "Natiqlik və bədən dili"və “Təqdimat prosesində yumşaq bacarıqların rolu” mövzularında seminar təşkil edilib.
21 Dekabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetində Tərcümə kafedrasının müəllimləri Günel Bayramova və Nərgiz İsmayılova tərəfindən Tərcümə fakültəsi 4-cü kurs tələbələri üçün "Natiqlik və bədən dili" və “Təqdimat prosesində yumşaq bacarıqların rolu” mövzularında seminar keçirilib. Seminarda Tərcümə kafedrasının müdiri fil.e.n. dos.Sevda Rzayeva və Karyera mərkəzinin rəhbəri Səbinə Cəlilova iştirak ediblər.
Seminarda natiqlik sənətinin tarixi, əsas ünsürləri, düzgün nəfəsalma texnikası, uğurlu çıxış üçün bədən dilinin əhəmiyyəti vurğulanıb, müxtəlif siyasi və ictimai xadimlərin bədən dilinin təhlil olunduğu videolar nümayiş etdirilib. Bundan başqa “Təqdimatın quruluşu”, “Təqdimat prosesinin uğurlu yolları” barədə müzakirələr keçirilib. Daha sonra tələbələr 5 qrupa (A qrupu, B qrupu, C qrupu, “Tənqidçilər qrupu”, “Qiymətləndirənlər qrupu”) bölünərək komanda şəklində işləyiblər. A, B, C qrupları onlara təqdim olunan mövzuları (“Uğur yolu texnikası”, “Fobiyaların iş mühitinə təsiri”, “Peşəkar və şəxsi həyat arasında balans”) müzakirə etdikdən sonra qrup daxilində seçdikləri liderlər vasitəsi ilə mövzunu təqdim ediblər. “Tənqidçilər” və “Qiymətləndirənlər” qrupları da öz növbələrində təhlil, müşahidə və qeydlər apararaq öz rəylərini bildiriblər.