- 02 Mar 2026
Bu dəfə qonağımız — universitetimizin fəxri məzunu, 2024-cü ilin “Gənc Müəllimi”, Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinin direktoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatoru Arzu Əliyevadır.
Arzu Əliyeva – uğurlu karyera nümunəsi, davamlı inkişaf simvolu və müəllimlik peşəsinə sevginin ən gözəl təcəssümüdür. O, tələbələrimizlə müəllimlik yolundan, idarəetməyə doğru keçdiyi mərhələlərdən, çətinliklərdən və qazandığı uğurlardan danışacaq.
Tədbirdə nə sizi gözləyir?
• İlhamverici karyera hekayəsi
• Müəllimlik peşəsinin real çağırışları və imkanları
• İdarəetmə sahəsinə keçidin təcrübələri
• Şəxsi inkişaf və motivasiya mesajları
• Sual-cavab sessiyası
Məkan: Bakı Avrasiya Universiteti
Tarix və saat: 12 Dekabr | 10:30
Qonaq: Arzu Əliyeva – məktəb direktoru, BAAU məzunu
Bu görüş Filologiya fakültəsində təhsil alan tələbələr, idarəetmə sahəsinə marağı olanlar və şəxsi inkişafla maraqlanan hər kəs üçün dəyərli bir fürsətdir.
Gəl, ilhamlan, öyrən və öz yolunu keşf et!




