news_page

Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinin növbəti görüşü və kitab sərgisi keçirilib.

Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinin növbəti görüşü və kitab sərgisi keçirilib.
  • 23 Apr 2025

Bakı Avrasiya Universitetində həyata keçirilən “KitabLab” layihəsinin növbəti görüşündə yazıçı Varis Yolçuyev tələbələrlə bir araya gəldi. Görüş zamanı yazıçının yaradıcılığı, müəllifi olduğu kitablar barədə müzakirələr aparıldı və iştirakçıların sualları cavablandırıldı. Tədbirin sonunda yazıçı kitablarını imzaladı.

Eyni zamanda, "XAN Nəşriyyatı"nın təşkil etdiyi kitab sərgisində müxtəlif janrlarda nəşrlər təqdim olundu. “KitabLab” layihəsi tələbələr arasında mütaliə mədəniyyətini təşviq etməyi və yazıçılarla birbaşa ünsiyyət qurma imkanları yaratmağı hədəfləyir.

more_news