- 02 Mar 2026
Bakı Avrasiya Universiteti olaraq tələbələrimizin akademik biliklərlə yanaşı, real iş mühitində praktiki təcrübə qazanmasını prioritet hesab edirik. Bu məqsədlə ötən illərdə uğurla həyata keçirilmiş Könüllü Təcrübə Proqramı 2026-ci ildə yenilənmiş formatda davam edir.
Proqramın müddəti:
3 ay (könüllü əsaslarla)
Təcrübə istiqamətləri:
Kafedralar və dekanlıqlar (akademik və inzibati dəstək)
Karyera və Təlim Mərkəzi (tədbir, layihə və təlimlərin təşkili)
Tələbə və məzunlarla iş (əsnəbilərlə iş, kommunikasiya, sorğular)
Keyfiyyətə təminat və innovasiya sektoru
İnformasiya Texnologiyaları (İT) və rəqəmsal dəstək
İstiqamətlər üzrə inkişaf etdiriləcək bacarıqlar:
Ünsiyyət və komanda işi
Təşkilatçılıq və vaxtın idarə edilməsi
Analitik düşünmə və hesabatlılıq
Rəqəmsal və ofis bacarıqları
Peşəkar iş mühitinə uyğunlaşma
Proqram sizə nə qazandıracaq?
- Real iş mühitində təcrübə
- Universitetin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanışlıq
- Peşəkar bacarıqların inkişafı
- Gələcək karyera üçün güclü başlanğıc
- Proqramın sonunda rəsmi sertifikat
Qeyd: Proqram yalnız BAAU tələbələri üçün həyata keçirilir və iştirakçılar təcrübə müddətinin sonunda sertifikatla təltif olunacaqlar.
Son qeydiyyat tarixi: 31 Yanvar 2026
Qeydiyyat üçün link: (rəy bölməsinə "+" və ya "təcrübə" yazın)
Gələcəyinə bu gündən sərmayə qoy — təcrübə qazan, inkişaf et, fərqlən!




