news_page

GİKM, ATGTİ, KTM görüş keçirib

GİKM, ATGTİ, KTM görüş keçirib
  • 17 Feb 2025

Bakı Avrasiya Universitetində (BAAU) Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı əməkdaşlıq görüşü keçirilib. Görüşdə Tədrisin Təşkili Departamentinin rəhbəri Natella Quliyeva, BAAU-nun Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov, Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova , ATGTİ-nin əməkdaşı Bəxtiyar Quluzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional Nümayəndəliklər ilə iş şöbəsinin aparıcı mütəxəssisi Nurlan Sərdarlı iştirak ediblər.

Görüş zamanı tələbələrimizin karyera inkişafını dəstəkləyəcək bir neçə mühüm layihəni müzakirə etdik. Təlimlər, təcrübə imkanları, birgə tədbirlər və innovativ təşəbbüslərlə bağlı maraqlı ideyalar ortaya qoyuldu.

Bu əməkdaşlığın gənclərimiz üçün yeni perspektivlər açacağına inanırıq!

more_news