- 26 Nov 2025
Yeni seçilmiş könüllü tələbələrimiz artıq fəaliyyətə qoşulublar və bu yolda həm real iş təcrübəsi, həm də komanda işi bacarıqları qazanacaqlar.
Karyera və Təlim Mərkəzi üçün ən böyük güc tələbələrimizin enerjisi, fədakarlığı və verdiyi dəyərli töhfələrdir. Onların sərf etdiyi vaxt, göstərdiyi dəstək və peşəkarlığa doğru atdıqları addımlar son dərəcə önəmlidir.
Biz inanırıq ki, könüllülərimiz bu proqramdan maksimum fayda götürəcək və yaxın gələcəkdə universitetimizin adını qürurla təmsil edən peşəkar mütəxəssislərə çevriləcəklər.
Hər birinizə təşəkkür edirik – həm örnək olduğunuz, həm də gələcəyinizi bu gün inşa etdiyiniz üçün!




