news_page

İnsan Kapitalı Forumu – Qeydiyyat başladı!

İnsan Kapitalı Forumu – Qeydiyyat başladı!
  • 02 Dec 2025

İnsana sərmayə – gələcəyə sərmayə deməkdir.

Həyatda ən dəyərli kapital nədir? Nə qızıl, nə neft, nə də texnologiya. Ən böyük kapital – İNSANdır. Düşünən, hiss edən, yaradan, dəyişən insan. Bu forum məhz insanın daxili dünyasına, psixoloji sağlamlığına, ünsiyyət və davranış modelinə, real “Mən”inə işıq tutmaq üçün təşkil olunur

Forumun məqsədi:

• Gənclərin sosial və psixoloji rifahının gücləndirilməsi

• Həqiqi “Mən”i kəşf etmək

• Ünsiyyət bacarıqlarını inkişaf etdirmək

• Asılılıqların psixoloji köklərini anlamaq

• İnsan kapitalının inkişafında şəxsi məsuliyyətin artırılması

 Forumun Spikerləri:

- İlqar Kamil – Yazıçı / Psixoloq | “Həqiqi olmaq”

- Vüsalə Əmiraslanova – Ailə və Uşaq Psixoloqu, Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri | “Ünsiyyət psixologiyası”

- Heyran İbrahim – Klinik psixoloq, təlimçi | “Asılılıqların psixologiyası”

 Moderator: Sevinc Burzuyeva

 Məkan: Bakı Avrasiya Kolleci

Tarix: 29.11.2025/15:00

Format: Açıq qapı, panel, sual-cavab, interaktiv müzakirə

Ödənişsizdir!

Niyə iştirak etməlisən?

Özünü daha yaxşı tanımaq üçün

 Psixoloji balansını gücləndirmək üçün

 Karyera və həyatda sağlam münasibətlər qurmaq üçün

 Peşəkar psixoloqlarla tanış olmaq üçün

 Şəxsi və sosial inkişafına sərmayə yatırmaq üçün

 Qeydiyyat linki: [şərhdə + yaz göndərək]

 Əlaqə: @karyerabaau

İnsan Kapitalı Forumu – Qeydiyyat başladı!

more_news