news_page

Karyera və təcrübə mərkəzinin təşkilatçılığı ilə tələbələrlə "İşgüzar mühitdə etik qaydalar" adlı təlim keçirilib

Karyera və təcrübə mərkəzinin təşkilatçılığı ilə tələbələrlə "İşgüzar mühitdə etik qaydalar" adlı təlim keçirilib
  • 17 Mar 2024

BAAU-nin Karyera və təcrübə mərkəzinin təşkilatçılığı ilə tələbələrlə "İşgüzar mühitdə etik qaydalar" adlı təlim keçirilib. Təlimə gənclərlə iş üzrə ,şəxsi inkişaf və karyera planlaması üzrə mütəxəssis Rəqsanə İbrahimli dəvət olunmuşdu. Gənc mütəxəssis çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meyllərinin artıq mədəniyyət və məişətimizdə mental ənənələrimizə zənginlik gətirməsindən bəhs etdi. Əvvəlcə ailədən, ata-ananın verdiyi tərbiyədən qaynaqlanan mədəni davranış vərdişlərinin sonralar uşaq bağçasında, məktəbdə və əmək kollektivlərində daha da cilalanıb yeni çalarlar əxz etdiyini bildirdi. Tələbələrlə praktik olaraq keçirilən təlimdə,eyni zamanda,harada işləməsindən asılı olmayaraq insanın davranış qaydalarına, etik normalara riayət edərək ətraf aləmdə artıq özü haqqında müsbət fikir formalaşdırdığı, əmək kollektivlərinə, istər istehsalat, yaxud biznes dünyasına yeni üzv olmuş ,işində uğur qazanmaq istəyən hər bir kəsin birinci növbədə işgüzar mədəni etiketlərin "qızıl" qaydalarını bilməli olduğu da tələbələrin diqqətinə çatdırıldı.

more_news