news_page

Uğurlarımız davam edir! Bakı Avrasiya Universitetinin fəxr olunan tələbələri beynəlxalq uğurları ilə bizi sevindirməkdədir!

Uğurlarımız davam edir! Bakı Avrasiya Universitetinin fəxr olunan tələbələri beynəlxalq uğurları ilə bizi sevindirməkdədir!
  • 25 Nov 2025

Hünər Alxanov – Regionşünaslıq və İqtisadiyyat fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə 4-cü kurs tələbəsi, 2–8 sentyabr tarixlərində Rumıniyanın Bihor mahalında keçirilən və Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Müasir və effektiv ünsiyyət üçün Süni İntellekt texnologiyalarından düzgün istifadə üsulları” mövzusunda “SAİL ON-LİNE” adlı beynəlxalq layihədə iştirak edərək ölkəmizi uğurla təmsil edib!

 Layihənin bütün proqramlarını uğurla tamamlayan tələbəmiz Avropa İttifaqının rəsmi beynəlxalq sertifikatı ilə təltif olunub. Bu isə həm universitetimiz, həm də Azərbaycan gəncliyi adına qürurverici bir nailiyyətdir.

Hünəri bu uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!

Uğurlarımız davam edir! Bakı Avrasiya Universitetinin fəxr olunan tələbələri beynəlxalq uğurları ilə bizi sevindirməkdədir!

more_news